Ayətullah Xamenei: "Terrorizm region və bütün dünyanın əsas təhdidinə çevrilib"

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, İran İslam İnqilabının ali dini lideri Ayətullah Seyid Əli Xamenei qeyd edib ki, təhlükəsizlik problemləri və terrorizm region və bütün dünya üçün ən birinci təhdidə çevrilib. Əgər onlar indi lazımi şəkildə həll olunmazsa, o zaman gələcəkdə onları həll etmək daha çətin olacaq.
Ayətullah Xamenei Cənubi Koreya prezidenti Pak Kın He ilə görüşdə bildirib ki, Amerika terrorizmi “yaxşı” və “pis”-ə bölməklə səhv edir: “Amerika terrorizmlə mübarizə apardığını bəyan edir, lakin gerçəklik budur ki, o terrorizmlə səmimi mübarizə aparmır, eyni zamanda terrorizm bütün formalarında pisdir, xalqlar və dövlətlərin təhlükəsizliyi üçün isə təhlükəlidir, çünki əgər təhlükəsizlik olmazsa, o zaman lazımi tərəqqi də olmayacaq.”
İran İslam İnqilabının ali dini lideri təsdiqləyib ki, İran Asiya ölkələri ilə əməkdaşlığının gücləndirilməsinə müsbət yanaşır, İran və Cənubi Koreya arasındaki daimi və stabil əlaqələri isə faydalı adlandırıb: “Tərəflər müqavilə və memorandumları elə imzalamalıdırlar ki, xarici amil və sanksiyalar onlara mənfi təsir edə bilməsin, çünki İran və Cənubi Koreya kimi ölkələr arasındaki münasibətlərinin Amerikanın təsiri və iradəsi altında olması münasib deyil.”
Cənubi Koreya prezindenti Pak Kın He də öz növbəsində, Tehran səfərini iki tərəfli münasibətlərin inkişafı və qarşılıqlı inamın artırılması üçün fürsət adlandırıb: “Biz sanksiyalar dövründən öz imkanlarımız çərçivəsində İrandakı iştirakımızı davam etdirməyə çalışmışıq.”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.