haberL haberR

Ayətullah Xamenei üzüyünü şəhid Bədrəddinin oğluna verib

Kateqoriya: Region Yayımlama tarixi: 27.05.2016 17:43:20

İslam İnqilabının rəhbəri Livan “Hizbullah”-nın şəhid olan komandirin ailəsini qəbul edib.

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, şəhid Seyid Mustafa Bədruddinin ailəsi Ayətullah uzma Seyid Əli Xamenei ilə görüşüb.

Şəhid Bədruddinin şücaətinə toxunan Ayətullah Xamenei bu barədə deyib: “Əziz şəhidin şücaət və sarsılmaz şəxsiyyəti barədə çox eşitmişdim. Mən onun üçün Allahdan ali məqamlar və sizin üçün səbr diləyirəm. Sizin ailəniz şəhid və şəhadət ailəsidir. Livan “Hizbullah” və müqavimət üzvlərinin bərəkəti ilə nümunəvi bir torpağa çevrilib. Bu qədər xalis və mömin vətəndaşları olan az ölkə tanıyırıq. Livan coğrafi baxımdan kiçik olsa da, mənəvi baxımdan bütün bölgəyə təsir qoya bilir. Bu şəhidlərin bərəkəti sayəsindədir.”

Ayətullah Xamenei görüş əsnasında öz üzüyünü şəhidin oğlu Əli Bədruddinə hədiyyə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.