haberL haberR

Ayətullah Xamenei “Xobreqan” məclisinin sədrinə nə tövsiyə edib?

Kateqoriya: Region Yayımlama tarixi: 17.04.2016 11:58:35

İranın “Xobreqan” məclisinin sədri nigarançılığı ilə bağlı İranın Ali Dini Rəhbərilə görüşüb

İslamazeri.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Yəzdi ölkənin taleyindən nigaran olduğunu diqqətə çəkərək bildirib: “Bir neçə gün öncə “Xobreqan” məclisi ilə əlaqəli olan tməsələləri  ali məqamlı rəhbərə təqdim etmək üçün onunla görüşdüm. Ölkənin və inqilabın gələcəyindən çox narahat və nigaran idim. Bunu anlayan Ayətullah Xameni öz sözləri ilə mənə təsəlli verərək dedi: “Sizin bu nigarançılığınız mərhum imam Xomeyninin zamanında məndə də var idi. Onunla görüşdüm və o mənə dedi: Xalqımızın olduğu günə qədər bu ölkə və inqilab üçün nigaran olmağınıza dəyməz.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.