haberL haberR

Ayətullah Xamenei:"Düşmən 100 il yaşasa, 100 il inkişaf edəcəyik"

Kateqoriya: Region Yayımlama tarixi: 27.04.2016 17:50:07

İran inqilabının rəhbəri işçi günü münasibəti ilə bir sıra işçiləri qəbul edib.

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən,  Amerikaya güvən mövzusuna toxunan Ayətullah Xamenei deyib: “Onlar İrana qarşı müxtəlif embarqo tətbiq etməyə davam edirlər. Anti-İran təbliğatları ilə ölkənin iqtisadi dirçəlişinin qarşısını alırlar. Amerika və sionist rejim başda olmaqla düşmənimiz bizim islam mədəniyyətinə çatmağımızda maneələr törədirlər. Sonra da ABŞ onlara niyə bədbin olduğumuzun səbəbini soruşur. Dəfələrlə amerikalılara güvənməyin yersiz olduğunu söyləmişəm. Hazırda bu fakt öz sübutuna yetir. Amerikalılar bütün terrorçulardan daha pisdirlər. Biz bu cür bir düşmənlə üz-üzəyik. Hər bir fəaliyyətimizdə bu düşməni nəzərə almalıyıq. Düşmən bundan belə 100 il yaşasa da, biz onların acığına 100 il inkişaf etməyə davam edəcəyik.”

İranın iqtisadi durumuna da toxunan Ayətullah Xamenei bildirib: “Bəziləri İrandaxili məhsulları satmaqda israrlıdır. Bu qeyrətli insanlara ürəkdən afərin demək lazımdır. Daxili istehsal müqəddəs bir əməl kimi qələmə verilməlidir və onu dəstəkləmək hamımızın vəzifəsidir. Əlbəttə böyük, xüsusən dövlətə bağlı olan ticarət mərkəzlərinin əksərində xarici mallara üstünlük verilir. Bu mənfi hal ölkədə işsizliyin artmasına səbəb olur. Biz dünya ölkələri ilə alış-veriş edirik, lakin daxili istehsalımızın eynisini xaricdən idxal etməyimiz mədəniyyətə zidd bir əməl kimi təbliğ olunmalıdır. Bu məsələdə ifratçı deyilik, hikmət və tədbirlə addımlamağın tərəfdarıyıq. Ölkədə olan qaçaqçılıq probleminin həlli üçün işin başına ən bacarıqlı insanlar gətirilməlidir. Hədəfi dəqiq olaraq nişan alan raketlər düzəldən cavanlarımız, maşın istehsalı ilə bağlı problemləri həll etməkdən acizdirlərmi? Niyə bu problemin həlli üçün bu gənclərə müraciət olunmur?”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.