haberL haberR

Ayətullah Xameneinin ona məktub ünvanlayan 2-ci sinif şagirdi qıza cavabı (Rəsmi)

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.08.2016 11:21:11

İran inqilabının rəhbəri ona məktub ünvanlayan iranlı qıza verdiyi cavab gündəmə gəlib

İslamazeri.az-ın “khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, Zeynəb Pəhləvani adlı ikinci sinif şagirdi olan qız 20 il öncə Ayətullah Xameneiyə ünvanladığı məktubda ondan nəsihət istəyərək belə qeyd etmişdi: “Salam, Əziz rəhbərim! Ümid edirəm ki, yaxşısınız. Öz həyat səhifəmdə sizin nəsihətinizin olmasını və ona əməl etməyimi istəyirəm. Hörmətlə, sizin kiçik qızınız Zeynəb!”

Ayətullah Xamenei 2 həftə sonra məktubu cavablandıraraq belə qeyd etmişdi: “Əziz qızım! Valideynlərinin sözünə qulaq as, namazlarını yaxşıca qıl və dərslərini ciddi səylə çalış! Seyid Əli Xamenei.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.