Ayətullah Xameneinin səhhəti yaxşıdır, evində kitab oxuyur
Kateqoriya: Dünya
Yayımlama tarixi: 05.03.2015 16:16:20
16333 dəfə oxunub.

"Ali Dini lider Ayətullah Seyyid Əli Xameneinin səhhətində ciddi bir problem yoxdur".
Bu barədə dini liderin Azərbaycandakı nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Necatın ofisi islamazeri.az-a məlumat verib. Qeyd edib ki, ali dini liderin səhhəti yaxşıdır: "Onun xəstəxanaya yerləşdirilməsi barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır. Hal-hazırda Ayətullah Xamenei evindədir və kitab oxuyur. Biz dini liderlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirmişik".
Xatırladaq ki, ali dini lider Ayətullah Xameneinin səhhətində problemlərin yarandığı haqda mətbuatda məlumat yayılıb. Onun vəziyyətinin kritik olduğu deyilirdi. Onun bədənində prostat xərçənginin aşkar olunduğu iddia olunurdu və yaxın günlərdə onun xəstəxanaya yerləşdirildiyi bildirilirdi. Xəstəliyin onun başqa orqanlarına da yayılmağa başladığı deyilirdi.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.