haberL haberR

Ayətullah Xameneiyə bağlı qurumdan Ramazan ayının başlaması haqda

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 04.06.2016 19:29:23

Ayətullah Xameneiyə bağlı olan rəsmi qurum, orucluq ayının başlanması ilə bağlı açıqlama verib

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdyi xəbərə əsasən, İslam İnqilabı rəhbərinin nəzarəti altında olan qurum, mübarək Ramazan ayının başlayacağı günlə bağlı ehtimalları dilə gətirib.

Ayın görünməsi ilə bağlı qurumun idarə heyətinin üzvü höccətül-islam Muhəmməd Nejad bu barədə deyib: “Sabah  (5 iyun) şaban ayının 29-udur və bu münasibətlə ölkənin 150 bölgəsində mübarək Ramazan ayının görünməsi ilə bağlı addımlar atılacaq. Altı iyunun Ramazan ayının ilk günü olması ilə bağlı ehtimallar çox azdır. Biz öz işimizi diqqətlə icra edirik. Bazar günü ay görünərsə ayın 6-sı orucluq ayının ilk günü olacaqdır (Açıqlma veriləcək). Əks halda təqvimdə bildirildiyi kimi ayıın 7-si mübarək ayın ilk günü olacaqdır. Hər halda gözləmək lazımdır.”

Ayın gözlə görünməsi məsələsinə də toxunan mütəxəssis deyib: “Bəzi ölkələrdə ayı gözlə görmək imkanı olsa da, İranda və ümumən müsəlman ölkələrində adətən bu mümkün olmur.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.