Ayətullahlar Məkkədəki faciəyə görə Səudiyyəyə səsləndi

İslamazeri.az İran mediasına istinadən xəbər verir ki, Tehran cümə namazının müvəqqəti xətibi Ayətullah Məhəmməd İmami Kaşani Onu, xütbəsində Minada baş verən kədərli hadisədən dolayı bütün İslam ölkələrinə başsağlığı verib.
Ayətullah Kaşani Səudiyyə Ərəbistanı rəhbərliyinin bu faciənin məsuliyyətini boynuna götürməsinin lazım olduğunu vurğulayaraq, "Bu çox vacib məsələdir. Baş verən faciənin səbəblərini izah etmək üçün Səudiyyə tərəfindən hacıların xaotik hərəkət etmələri və ya hava temperaturu kimi irəli sürülən səbəblər uydurmadır. Bu hadisənin əsl səbəbi Səudiyyə hakimiyyəti və təcrübə çatışmazlığıdır", -deyə söyləyib.
Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin yolu bağlaması səbəbiylə bu faciənin meydana gəldiyini qeyd edən Ayətullah Kaşani "Səudiyyə Ərəbistanının müvafiq orqanları mühakimə edilməlidir. İslam ölkələri Səud rejimi əleyhinə Beynəlxalq Cəza Məhkəməsində iddia qaldırmalıdırlar", -deyə danışıb. Həcc mərasiminin yalnız Səudiyyə Ərəbistanla deyil bütün ölkələrlə bağlı olduğunu ifadə edən cümə xətibi, Həcc mərasiminin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən idarə edilməsinin lazım olduğunu bildirərək, "Səud rejimi və Həcc mərasimi məsulları bu faciəyə görə izahat versinlər. Onlar uydurma şüarlar səsləndirməməlidirlər. Səudiyyə müvafiq orqanlara təşəkkür etmələri də son dərəcə səhv addımdır" şəklində danışıb.
Tehranın cümə xətibi Ayətullah Kaşani, Səudiyyə Ərəbistanı dövlətinin regiondakı mövqeyinə də işarə edərək, "Səudiyyə Ərəbistanı dövlətinin nə etdiyi məlum deyil. Onlar gah İŞİD kimi terrorçular yetişdirirlər, gah da Yəmən xalqını qırırlar" , cümlələrini də sözlərinə əlavə edib.
İran Məsləhət Şurasının sədri Ayətullah Haşimi Rəfsəncani də dünən Minada baş verən acı faciəyə görə bəyanat yayıb. Ayətullah Rəfsəncaninin yayımladığı bəyanatın mətni aşağıdakı kimidir:
"Bismillahir Rəhmanir Rəhim
Bu il Səudiyyə Ərəbistanında Həcc mərasimi zamanı Minada baş verən acı faciə və bizim soydaşlarımızın da olduğu bir çox hacının həlak olması və yaralanması hadisəsi bütün müsəlmanların və xalqımızın qəlbini üzdü və İslam dünyasını yasa boğdu.
Hacıların məzlumca Allahın evində tam Həcc mərasimini bitirmədən əvvəl həyatlarını itirməsi Qurani-Kərimin "Və mən yəhricu mən beytəhi muhacirən iləllah və rəsuluhu summə yədrəkihilməvt fəkad vəqai ucrəhi aləllah" ayəsinə tabe olduğu üçün uca Allahın hüzurunda böyük dəyər daşısa da, Səudiyyə Ərəbistanının yalnış rəhbərliyi və vəzifələrini yaxşı yerinə yetirməməsini görməzdən gələ bilmərik.. Bu dövlət faciədən dolayı məsuliyyəti üzərinə götürərək İslam dünyasına lazım olan açıqlamanı etməlidir.
Bəndəniz bu faciədən dolayı duyduğu kədəri dilə gətirərək ölənlərə Allahdan rəhmət, ailələrinə və xüsusilə xalqımızın hüznlü ailələrinə səmimiyyətlə başsağlığı verir və yaralılara Allahdan şəfalar diləyir.
Dövlətimizin bütün idarə və müəssisələrindəki məsələ ilə bağlı rəsmilərinin ən qısa zamanda lazım olan fəaliyyətləri göstərmələrini gözləyir və bu ağrının əzablarını azaltmaq üçün lazım olan işləri görmələrini xahiş edirəm".
Fikrət / İslamazeri
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.