haberL haberR

Azərbaycanda deputatlığa keçmiş namizəd həbs edilib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 31.10.2014 13:45:51

Xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulan keçmiş polis əməkdaşı həbs olunub
Osmanov Mehralı Məhəmməd oğlu Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

 

M. Osmanov Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, M. Osmanov uzun illər polis orqanlarında çalışıb. Bir müddət əvvəl isə xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulub.

 

M. Osmanov 2010-cu ildə keçirilən Parlament Seçkilərində 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olub.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.