Azərbaycanda Ebola heyvanlardan başladı?

Onlarla inək, dana, buzovun sahibkarın gözünün önündə tələf olması kəndlinin varının, dövlətinin məhv olması deməkdir. Heç kimdən gizli deyil ki, kəndlərdə insanlar, adətən, təsərrüfatla məşğul olurlar. Kimisi əkin əkib becərməklə, kimisi mal-heyvan saxlamaqla öz məşğuliyyətləri hesabına yaşayırlar, bəlkə də başlarını dolandırırlar, yaxud da qarınlarını doldururlar desək lap doğru olar.
Müşahidələr göstərir ki, artıq Ebola virusu Azərbaycanda mal-heyvandan başlayıb. Bunu Cəlilabad rayonun Alar kənd sakinləri arasında heyvandarlıqla məşğul olan insanların İslamazeri.az saytına verdiyi açıqlamadan da görmək olar. Sakinlərin verdiyi məlumata görə, artıq bir həftəyə yaxındır ki, mal-heyvanlara xəstəlik düşüb. Heyvanlara yayılmış bu xəstəlik onların tələf olması nəticələnir: “Bu nə xəstəlikdir bilmirik, amma bir günün içində xəstələnən heyvan ikincə günə qalmır, tələf olur. Baytarlar da gəıtirmişik, onlar dab u xəstəliyin qarşısında acız qalıblar. Deyilənə görə, bu xəstəlik yabanı bitən qanqal otlarından keçib”.
Alar kənd sakinlərindən biri olan tanınmış şair Bilal Alarlı isə öz feysbuk səhifəsində mal-heyvanların tələf olmasından yazaraq bəzi qurumların buna biganə qaldığını da qeyd edib. Bildirib ki, neçə gündür bir kəndli üçün flora faciəsinin baş verdiyini heç bir kəs işıqlandırmaq istəmir: “İki gündür ki, Cəlilabadın Alar kəndində flora faciəsi yaşanır: altmışdan çox inək başını yerə qoyub çabalaya-çabalaya ölür. Rayon baytarlıq idarəsinin bütün kollektivi inəklərin başı üzərində əsir-yesirdir. Deyilənə görə, naxır dana-buzovlu zəhərlənib. Harada zəhərlənib, nə ilə zəhərlənib, baytarlar indi bunu araşdırmaqla məşğuldurlar. Kasıblar hər səhər balalarına verdikləri bir içimlik süddən oldular. Ən qəribəsi də odur ki, bu iki gündə inəklərin kütləvi zəhərlənməsi haqqında informasiya heç bir mətbuat orqanı tərəfindən işıqlandırılmayıb”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.