haberL haberR

Azərbaycanın şərəfinə qızıl iPhone 6 (FOTO)

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 19.11.2014 20:58:59

Caviar şirkəti səyahətlərə həsr olunmuş yeni iPhone zərgərlik kolleksiyasını təqdim edib.
Modellər arasında Azərbaycana həsr olunanı da var. 
 
Caviar brendi Apple iPhone modellərinin zərgərlik modifikasiyaları ilə məşhurdur. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Telefonların hamısı əl işidir. 
 
Caviar-ın Azərbaycana həsr olunmuş qızıl telefonunda ölkəmizin gerbi və xəritəsi əks olunub. Orada Azərbaycanın bütün tarixi əraziləri qeyd edilib. Telefonun üzərində "Azerbaijan Land of Fire" cümləsi də yazılıb. Qızıl smartfonun qiyməti 2754 avrodur. Smartfonun təqdimatı noyabrın sonunda Bakıda açılacaq Caviar butikində həyata keçiriləcək.  (buro247.az)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.