haberL haberR

"Azad Suriya Ordusu"ndan İsrailə təbrik və əməkdaşlıq mesajı

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.04.2015 16:33:46 4160 dəfə oxunub.

Suriyada terrorçu qruplaşma olan "Azad Suriya Ordusu" işğalçı sionist rejiminə əməkdaşlıq təklifi irəli sürüb

İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə görə, Suriyada terrorçu qruplaşma olan "Azad Suriya Ordusu"nun "Azad suriya xalqı" adlı təşkilatının idarə şurasının üzvlərindən olan və siyasi məsələlərdən məsul şəxslərindən sayılan Musa Əhməd Nəxvanın adından sionist İsrail rejiminin "İsrailli druzlar" forumunun sədrinə rəsmi məktub gəlib.

Məktubda işğalçı rejiminin müstəqillik günü bayramı təbrik edilib: "Azad Suriya Ordusu" adından biz, böyük İsrail dövlətini və hörmətli xalqını müstəqillik bayramı münasibətilə təbrik edirik. Ümid edirik ki, Suriya şər hilalı, İran agentlərindən azad ediləcək və gələn il bu bayram İsrailin Suriyadakı açılacaq səfirliyində qeyd ediləcək". 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.