haberL haberR

“Azca vəhhabiyə bənzəyən birini görsəm, öldürəcəyəm” (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.11.2014 17:12:53

"Qanı təmiz olan bir çeçenin heç vaxt ərəblərə qoşulmaz"

Çeçenistan Prezidenti Ramzan Kadırov İŞİD-ə qoşulan qafqazlı terrorçuları təhqir edib.
Ruslarla müqavilə imzaladıqlarını və onlarla birgə döyüşməyin lazım olduğunu deyən prezident “Peyğəmbər belə, yaşasaydı, ruslarla savaşmazdı”, - deyib.

Çeçenlərin İslam dinini ən düzgün yaşayan xalq olduğunu deyən Kadırov qanı təmiz olan bir çeçenin heç vaxt ərəblərə qoşulmayacağını deyib. Eyni zamanda Kadırov ərəblərin əksəriyyətinin kafir və homoseksual olduğunu dilə gətirib.

Ruslara qarşı azadlıq mübarizəsi aparan döyüşçülərə vəhhabi (sələfi) deyən Kadırov onlara zərrə qədər bənzəyən birini gördüyündə öz əllərilə öldürəcəyini deyib. (axar.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.