haberL haberR

Azərbaycan Almaniya səfirliyində viza şöbəsi bağlandı

Kateqoriya: Sosial Yayımlama tarixi: 21.10.2015 16:14:06

Almaniya səfirliyinin viza şöbəsinin ofisi "İSR Plaza" otelinin 7-ci mərtəbəsində yerləşir

İslamazeri.az xəbər verir ki, Almaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsi noyabrın 2-dən 6-dək bağlı olacaq.

Səfirliyin saytın verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin viza şöbəsi yeni ofisə köçür. Yeni ofisdə təmir işləri tam başa çatmadığından, viza şöbəsi bir neçə gün bağlı olacaq.

Qeyd edək ki, Almaniya səfirliyinin viza şöbəsinin yeni ofisi "İSR Plaza" otelinin 7-ci mərtəbəsində yerləşir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.