haberL haberR

“Azərbaycan Beynəlxalq Bankı”nda bomba həyəcanı

Kateqoriya: Region Yayımlama tarixi: 28.12.2015 17:09:19

"Hazırda Beynəlxalq Bankın filialı nəzarət altındadır"
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Bakıdakı mərkəzi ofisinə bankın Quba filialına bomba qoyulması ilə bağlı məlumat daxil olub.
 
“Report”un məlumatına görə, Quba Rayon Polis İdarəsinin əməkdaşları bankın ofisini nəzarətə götürüb, işçilər binadan kənarlaşdırılıb, hazırda əməliyyat tədbirləri davam etdirilir.
 
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, Beynəlxalq Bankın filialı nəzarət altındadır.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.