haberL haberR

Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsidir

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 20.11.2015 12:58:40

London İqtisadiyyat və Sülh İnstitutu 2015-ci il üzrə “Qlobal Terrorizm Reytinqi” adlı illik hesabatını dərc edib
 Azərbaycan potensial terror təhlükəsi olan dövlətlər arasında ən təhlükəsiz ölkələr sırasındadır. 
 
Reytinqdə 162-ci ölkə yer alıb ki, burada ilk pillədə qərarlaşan dövlət ən təhlükəli hesab olunur. Azərbaycan siyahıda 91-ci yeri tutub. 
 
Azərbaycanın qonşuları olan Ermənistan və Gürcüstan isə siyahıda müvafiq olaraq 116 və 71-ci pilləni tutub. 
 
Rusiya isə siyahıda 23-cü pillədə qərarlaşıb. 
 
Hesabatda vurğulanır ki, ən böyük terror təhlükəsi İraq, Əfqanıstan, Nigeriya, Pakistan və Suriyada qeydə alınıb.
 
2014-cü il terror aktları nəticəsində ölən şəxslərin 78%-i məhz bu ölkələrin payına düşüb. Bundan əlavə ilk onluq da Hindistan, Yəmən, Somali, Liviya və Tayland da var. 
 
Ümumilikdə isə 2014-cü ildə 67 ölkədə ən azı bir nəfərinin ölümü ilə nəticələnən terror aktı baş verib.
/AzVision.az
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.