haberL haberR

Azərbaycan iqtisadiyyatına 20 milyard investisiya qoyulacaq

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 25.03.2016 13:04:04

2016-cı ildə ölkə iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılır.

Maliyyə Nazirliyi xəbər verir ki, daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyların payı isə 65,2 faiz həddində gözlənilir.

Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri neft sektoruna yönəldilməsi proqnozlaşdırılır. Bu da qeyri-neft sektorunun inkişafına xidmət edəcək.

2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.