haberL haberR

Azərbaycan İrana neft məhsulları ixrac edə bilər

Kateqoriya: Region Yayımlama tarixi: 19.02.2016 16:15:57

Bu il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 22 mln. ton həcmində Azərbaycan neftini satışa çıxarmaq niyyətindədir.

 "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə SOCAR-ın adının açıqlanmasını istəməyən rəsmisi bildirib.

Şirkət rəsmisi qeyd edib ki, SOCAR 11 mln. ton həcmində isə digər dövlətlərin neftini satışa çıxaracaq: "Bu göstəricilər 2015-ci ildəki göstərici ilə eynidir".

O, həmçinin bildirib ki, rəsmi Tehrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra SOCAR İrana neft məhsulları ixrac edə, həmçinin svop əməliyyatları apara bilər: "Bizim nümayəndə heyətimiz bu yaxınlarda İranda səfərdə olub və əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarına baxılıb".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.