haberL haberR

"Azərbaycan İslam ölkəsidir" - Ayətullah Xameneinin ofisi...

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 05.04.2016 16:20:17

Son günlər nəinki tək azərbaycanlıların, həmçinin bütün dünyanın əsas nəzəri Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi qüvvələri ilə bizim ordumuz arasında gedən qanlı döyüşlərdədir

 Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatlar nəticəsində bəzi əraziləri işğaldan azad edib, düşmən tərəfindən xeyli sayda  itkilərin olduğu qeyd olunur.

 Son məlumatlara görə, Azərbaycan ordusu 16 şəhid verib. Belə bir həssas məqamda, ordumuza istər maddi, istər mənəvi dəstək olacağımız bir anlarda, “sapı özümüzdən olan baltalar” insanlar arasında belə bir fikir yayırlar ki, Azərbaycan İslam ölkəsi deyil və Vətən uğrunda canlarından keçən əsgərlərimiz də şəhid sayılmırlar. Bu barədə din alimlərinin rəyini dəqiqləşdirmək üçün İslam aləminin mərcei təqlid sayılan məşhur alimlərinə müraciət etməyi qərara aldıq. Müxbirimiz ilk olaraq Ayətullah Xameneinin ofisi ilə telefon əlaqəsi saxlayıb. Ofisin “İstiftaat” şöbəsindən bildirilib: “Peyğəmbərdən (s) də hədis var ki, bir insan “La ilahə illəllah, Muhəmmədən Rəsulullah” desə, artıq müsəlman sayılır. Əgər bir insan hətta namaz qılmaya, bu onu İslamdan çıxarmır, fasiqdir sadəcə. Hazırda orada döyüşən əsgərlər Vətən uğrunda, Vətənin müdafiəsi uğrunda döyüşürlər, necə ki, biz vaxtılə İraqla vətənimizin müdafiəsi üçün döyüşürdük, əslində bu həm də İslamın müdafiəsi üçün idi. Azərbaycan İslam ölkəsidir və hər kəs ki, özünə müsəlman deyir, Allahı və Peyğəmbərini qəbul edirsə, müsəlmandır. Hazırda sizin ölkə ilə Ermənistan arasında gedən döyüşlərdə həlak olanlar  şəhid sayılırlar. Əlbətə, əgər kimsə Vətənini müdafiə etmək istəməyə, döyüş meydanından qaça və vurula, şəhid sayılmaz”.(islam.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.