haberL haberR

Azərbaycan Koreya ilə İKT sahəsində əməkdaşlıq edə bilər

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 29.09.2015 18:06:05

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İnin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə ölkələr arasında siyasi-iqtisadi və mədəni sahələrdə münasibətlərin uğurlu inkişafından məmnunluqla söhbət açan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən, rabitə və yüksək texnologiyalar sahəsində qarşılıqlı razılıq doğurduğunu qeyd edib.

Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlərdən də söz açan nazir bu qabaqcıl təcrübənin gələcəkdə də Azərbaycan üçün faydalı ola biləcəyini diqqətə çatdırıb.

Çoi Suk İn Koreya-Azərbaycan münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib.

Bu sahədə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayan diplomat xüsusən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə əməkdaşlıqda icra olunan “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması”ndan söz açaraq, bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda Ə. Abbasov ölkəmizdəki diplomatik fəaliyyəti dövründə İKT, rabitə və yüksək texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə və verdiyi töhfəyə görə Çoi Suk İnə minnətdarlıq edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. (apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.