haberL haberR

Azərbaycan kubokunun qalibi məlum oldu

Kateqoriya: İdman Yayımlama tarixi: 26.05.2016 9:25:55

Dünən “Qarabağ” və “Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu başa çatıb.

"Report" xəbər verir ki, əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində “Qarabağ”ın futbolçusu Miçel hesabı açıb – 1:0. Beləliklə baş hakim Fariz Yusifov idarə etdiyi oyun 1:0 "Qarabağ" komandasının qələbəsi ilə başa çatıb.

Bununla da "Qarabağ" ardıcıl ikinci dəfə qızıl dubl edir. 

Oyundan sonra qalibləri mükafatlandırma mərasimi keçirilir. Medalları AFFA prezidenti Rövnəq Abdullayevlə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edir.      

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.