Azərbaycan Müdafiə Nazirliyi: Serj Sarqsyan dünya ictimaiyyətini aldadır

“Ermənistan Respublikasının prezidenti Serj Sarqsyanın Moskva şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında populist çıxışı coğrafiyadan anlayışı olmayan, qeyri-adekvat şəxsin danışması təəssüratını yaradır. Azərbaycan ərazilərinin işğalında, günahsız insanların qətlində bilavasitə iştirak edən, terrorizmi, separatizmi, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran Serj Sarqsyan indi də bu cür yalan çıxışları ilə dünya ictimaiyyətinin gözünə kül üfürür və onları yanlış istiqamətə yönəltməyə cəhd göstərir”.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Açıqlamada vurğulanıb ki, dünyada heç bir dövlət, hətta Ermənistan tərəfindən belə tanınmayan Dağlıq Qarabağda quldur dəstələrinə başçılıq edən, terror təşkilatları ilə isti münasibətlərdə olan və öz xalqını daim aldatmaq vərdişindən əl çəkməyən bu cani müxtəlif qurumlarda ziddiyyətli bəyanatları ilə “zavallı” xalqına mərhəmət və yardım dilənməklə məşğuldur: “Terrorizmə və separatizmə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə dünya ölkələri tərəfindən tanınan sərhədlərimiz daxilində terrorun, işğalçılığın və separatizmin kökünün birdəfəlik kəsilməsi üçün müvafiq tədbirlər görür və gələcəkdə də görəcək”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.