haberL haberR
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 58,22 dollar/barel təşkil edib

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən islamazeri.az-a verilən məlumata görə, neftin qiyməti martın 6-na nisbətən 4,32 dollar/barel azalıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə azalaraq 55,83 dollara düşüb.

Dünya bazarlarında WTI neftinin qiymətində də ucuzlaşma qeydə alınıb. 

Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 48.97 dollar təşkil edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.