Azərbaycan neftinin ötən il üçün maksimal və minimal qiymətləri
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 07.01.2016 15:28:17

Ötən il Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam nefti dekabrın 21-də ən ucuz qiymətə təklif edilib.
"Report"un əldə etdiyi məlumata görə, həmin tarixdə "Azeri LT CIF"in bir barelinin qiyməti 36,71 ABŞ dollarına bərabər olub. Bu isə 2014-cü ilin ən aşağı göstəricisi ilə müqayisədə 20,68 dollar yaxud 36,03% azdır.
Ötən il mayın 6-da London Fond Birjasında "Azeri LT CIF"in bir bareli ən yüksək qiymətə - 68,98 dollara təklif edilib ki, bu da 2014-cü ilin ən yüksək göstəricisi ilə müqayisədə 48,63 dollar və ya 41,35% azdır.
Qeyd edək ki, 2014-cü ildə "Azeri LT CIF" markalı xam neftin bir bareli ən ucuz dekabrın 31-də (57,39 dollar/barel), ən baha isə iyunun 19-da (117,61 dollar/barel) satılıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.