haberL haberR

Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 18.12.2015 15:41:46

Dekabrın 21-də Tehranda (İran) Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası keçiriləcək

İclasda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.

İqtisadiyyat və sənaye naziri, Dövlət Komissiyasının həmsədri Ş.Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyətinin dekabrın 21-22-də İrana səfəri çərçivəsində bir sıra görüşlər, Təbriz və Tehran şəhərlərində İran-Azərbaycan biznes forumları keçiriləcək. (Apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.