haberL haberR

Azərbaycan övladları xarici ölkələrə vətəndaşlığa verilir

Kateqoriya: Sosial Yayımlama tarixi: 14.08.2015 12:13:18

Keçən il və bu ilin ötən yeddi ayı ərzində Azərbaycanda 7 ölkədən (ölkələrarası) övladlığa götürmə prosesi həyata keçirilib

 Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova bildirib.

O bildirib ki, 2014-cü ildə Komitə 4 oğlan uşağını ölkələrarası övladlığa götürmə prosesi ilə xarici ölkə vətəndaşlarına verib: "Uşaqları övladlığa götürən şəxslərdən 2-si Gürcüstan, 1-i ABŞ vətəndaşı olan azərbaycanlılar olub. ABŞ vətəndaşı öz bacısı uşağını övladlığa götürüb. Bir nəfər isə Almaniya vətəndaşı olan türkdür".

Vəsilə Möhsümova bu ilin ötən 7 ayı ərzində 3 (hər 3-ü oğlan) övladlığa götürmə prosesi keçirildiyini bildirib: "Birinci halda Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın ilk nikahından olan övladının yeni qurduğu ailəsində övladlığa götürülməsinə nail olub. İkinci halda Rusiya vətəndaşı olan azərbaycanlı xanım övladlığa uşaq götürüb. Üçüncü halda isə ölkəmizdə yaşayan ABŞ vətəndaşı olan ailə Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürüb. Xarici ölkə vətəndaşlarının övladlığa götürdüyü uşaqlar 8 yaşına qədər olub".
Müdir müavininin sözlərinə görə, komitə hər zaman uşaqların yerli ailələrə övladlığa verilməsinin tərəfdarı olub: "Ancaq uşaqların yerli ailələrə övladlığa verilməsi mümkün olmadığı halda onlar xarici ölkə vətəndaşlarına verilir".

Qeyd edək ki, 2013-cü ildə Azərbaycandan 8 uşaq (4-ü qız, 4-ü oğlan) xarici vətəndaşlara övladlığa verilib. (azvision)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.