haberL haberR

Azərbaycan Premyer Liqasının 8-ci turu bu gün başlayır

Kateqoriya: İdman Yayımlama tarixi: 16.10.2015 11:42:07

Turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start veriləcək. İslamazeri.az-ın report-a istinadən verdiyi məlumata görə, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Çempionatın autsayderi "Rəvan" Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Qarşılaşma "Bayıl Arena"da baş tutacaq. Komandalar bugünədək 8 dəfə üz-üzə gəlib. Bu görüşlərin 5-i gəncəlilərin qələbəsi ilə yekunlaşıbsa, 3-də "Rəvan" meydanı qalib tərk edib. Paytaxtda keçirilmiş 4 oyunda bərabərlik qeydə alınıb. Meydan sahibləri və qonaqlar hərəyə 2 dəfə qələbə qazanıb.

Son turda doğma azarkeşlər önündə "Sumqayıt"ı (3:1) məğlub edən Şahin Diniyevin rəhbərlik etdiyi komanda bu gün 3 xal qazanacağı təqdirdə, aktivində 11 xal olacaq . Nəticədə komanda turnir cədvəlində "Neftçi"ni ən azı bir günlük 2 xal qabaqlayaraq, 5-ci pilləyə yüksələcək. Turnir cədvəlinin sonuncusu "Rəvan" isə qələbə sayəsində 8-ci pilləyə qədər yüksələ bilər.

20:30. "Rəvan" – "Kəpəz"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Füzuli Nəcəfov

Bakı. "Bayıl Arena"

Qeyd edək ki, turun digər qarşılaşmaları 17-18 oktyabrda keçiriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.