haberL haberR

Azərbaycan Qazaxıstanla birgə xəzərdə “TASİM”-in seqmentini inşa edəcək

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 17.01.2015 13:25:24

Trans-Avrasiya Super İnformasiya Magistralı tikintisinə dair Azərbaycanla Qazaxıstan arasında razılıq əldə edilib

İslamazeri.az-ın “Ria”-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Qazaxıstanla Trans-Avrasiya Super İnformasiya Magistralının sualtı seqmentinin tikintisinə dair razılığa gəliblər. Bu məlumatı Rabitə və Yüksək İnformasiya Texnologiyaları Naziri Əli Abbasov bəyan edib. Tərəflər 2015-ci ilin birinci yarımilində sənədi imzalamağı planlayırlar. “TASİM”-in tikintisinə  isə 2015-ci ilin sonunadək başlanılması nəzərdə tutulur.

“TASİM” layihəsi Hong Konq-Frankfurt əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini

birləşdirəcək şəbəkə Almaniya, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçəcək.

Qeyd edək ki, “TASİM”-in tikintisinə Rusiyanın "Rostelekom", Qazaxıstanın “KazTransCom”, Türkiyənin “Türk Telecom”, Çinin  “China Telecom” və Azərbaycanın Rabitə və  İnformasiya Yüksək Texnologiyalar Nazirliyi cəlb edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.