haberL haberR

Azərbaycan QHT rəhbərinin Quran savadsızlığı (Video)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 11.06.2015 17:17:17

Azərbaycanlı QHT rəhbəri Norveçdə Quranı oxuduğunu bildirsə də, yalnış məlumat verib

Azərbaycanlı QHT rəhbəri Məlahət Nəsibova  Norveçdə Quranı təhqir etdi.

İslamazeri.az-ın məlumatına görə, Norveçin RAFTO fondu “Müsəlman ölkələrində qadın problemləri” mövzusunda İran, Yəmən, Bəhreyn və Azərbaycanda müsəlman qadınların problemlərinin müzakirəsi adı altında panel təşkil edib. Paneldə Azərbaycanı Naxçıvandan olan, mütəmadi olaraq ölkəmizə qarşı fəaliyyətləri ilə tanınmış Məlahət Nəsibova "təmsil" edib.

RAFTO fondunun 2 ildən bir təşkil etdiyi bu panellərdə müsəlman ölkələrində qadınlarının problemlərinin müzakirə olunacağı bildirilsə də, hər dəfə həmin tədbirlər reglamentdən kənar olaraq siyasi məsələlərin müzakirəsinə çevrilərək İslam dini və həmin ölkələrin əleyində qara piar məclislərinə çevrilir. Bu dəfə də əvvəlkilərdən fərqlənməyib. Müsəlman qadınlarının problemlərinin müzakirəsi panelinə qatılan M.Nəsibova İslam dinindən imtina etmiş və ateist olduğunu mediada hər zaman dilə gətirmiş, ardıcıl olaraq intim görüntüləri ilə gündəmə gəlmiş “Azadlıq radosu”nun əməkdaşı Xədicə İsmayılın şəkili olan futbolkada qatılıb.

Keçən dəfə olduğu kimi, bu dəfə də M.Nəsibova müsəlman qadınlarını yada salmaq istəməyib. Digər iştirakçılardan fərqli olaraq M.Nəsibova öz siyasi iddialarını səsləndirərək İslamla yaxından uzaqdan əlaqəsinin olmadığını, mövzu ilə maraqlanmadığını sərgiləyib. O, Qərb dövlətlərini konkret adımlar atmamaqda qınayıb. Ona verilən tribunanın eyforiyyasına əriyən və savadsızlığını hər dəfə gizlədə bilməyən Nəsibova sonda Qurani-Kərimi oxuduğunu bildirərək orada qadın adları ilə başlayan surələrin olduğunu və bir dənə olsun kişi adı ilə başlayan surənin olmadığını iddia edib. 

Qeyd edək ki, soyuq müharibə dövründə Şərqi Avropada kommunizmlə mübarizə üçün Norveçdə yaradılmış Rafto indi əsas hədəf olaraq müsəlman və postsovet  ölkələrini  götürüb. İslamafobiyanın tüğyan etdiyi Norveçin İslam dini əleyhinə tədbirlər təşkil etməsi məsələnin bir daha  qara piardan başqa bir şey olmadığını, Norveç büdcəsindən ayrılan vəsaitin M. Nəsibova kimi yalançı QHT-çilər vasitəsi ilə mənimsənildiyini sübut edir.

Halbuki, müqəddəs Quranda “Ali İmran” , “Yunis”, “Hud”, “İbrahim", "Loğman", "Sad", "Nuh", "Yasin", "Məhəmməd" kimi surələr mövcuddur. Nəsibova tərəfindən Yayımlanan video isə RAFTO fondunun rəsmi səhifəsindən götürülüb. Orta təhsili belə yarımçıq olan M.Nəsibova həmin paneldə Quran haqqında yalan uyduraraq ”Quranda yaxşı haldır ki, heç bir dənə belə olsun kişi adi ilə başlayan surə yoxdur, amma qadın adı ilə olan surələr var”,- deyir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.