haberL haberR

Azərbaycan tele məkanına nəzarət edən tapılacaqmı?

Kateqoriya: Məqalə Yayımlama tarixi: 09.06.2015 18:47:07

"..Və ya sizi söyürük, xoşlamırsız dinləməyin"

Heç kimdən gizli deyil ki, Azərbaycanda mövcud televiziyalar xalqın maraqlarına xidmət etmir. Camaatın başını qarışdırmaq üçün hər cür hiyləgər, mədəniyyətsiz və təhqiramiz yollara əl atırlar. Təki, camaatın başı qarışsın. Millət acından qırılsa da, televiziyanın qabağında oturub, arvadlarına sahib çıxa bilməyən kişilərin “şpakat” açan arvadlarının baldırlarına baxdıqca mədələrinin şirəsi çəkiləcək. Bundan əlavə, dəfələrlə zorlanmış sinələrin canlı yayımda studiyaya səpələnməsi Azərbaycan xalqının yanıq kişi və gəncləri tərəfindən böyük ehtirasla qarşılanacaq. Beləliklə də, aclıq yaddan çıxmış olacaq. Ölkə daxilində baş verən hər şeyə razı olmuş kimi başlar “maarifləndirici” tv-lərdən bəhrələnəcəklər. Bir də onda görəcəyik ki, “polnu xod” verərək televiziyalarda Mətanət kimilərin, Telli kimilərin, Səidə kimilərin, Elnarə kimilərə  baxmaqdan başımız qarışdığından evlərimizin divarlarının yandığından bixəbərik.

Nəzərə alsaq ki, bu gün televiziya ekranları hər bir ailədə tərbiyəçi, dayə rolunu oynayır, o zaman millətimizin gələcəyi göz önünə gəlir. Təəssüflər olsun ki, bu gün televiziyalar bir çox hallarda tərbiyəsizliyi, əxlaqsızlığı nümayiş etdirir.  Nuşirəvan müəllim də hələ ki, mənəvi əxlaqsızlığın pozulması barədə televiziyalara xəbərdarlıq etməyib.

Ən maraqlısı odur ki, dini həyat tərzi sürməyən insanlar dinə dil uzatmağa, ləkə yaxmağa çalışırlar. Yadınızdadırsa, ans-in efirində yayımlanan “Günəbaxan” verilişinin əvvəlki buraxılışlarının birində də aparıcı İlqar Mikayıloğlu hicaba dil uzadıb təhqir etmişdi. "Cənab" Mikayıloğlu böyük bir səhv edib hicabı torba deyə adlandırmışdı. Bəli, bütün bunlar ans-in efirində yayımlanmışdı. O ans ki, bir zamanlar cəmiyyətin ən etibarlı informasiya mənbəyi sayıb daimi izləyicisi olduğu telekanal. 

Bir neçə gün bundan öncə, iki dəfə ardıcıl olaraq, yenə də ans İslam dininə təhqiramiz ünvanlar yağdırdı. Belə ki, sözügedən televiziya efirində yayımlanan “İncə maraqlar” verilişi vasitəsilə hicablı xanımları növbəti dəfə təhqir etdi. Açığı, Mirşahinin vitse-prezidenti olduğu televiziyadan belə bir addımın atılmasını gözləməsək də, bu, baş verdi. Həmin verilişdə, baş verən hadisələri, bir sözlə, sujet xəttini məntiqi ardıcıllıqla təkrarlayaq: Maraqlısı odur ki, ayaqlarına bir neçə santimetr uzunluğunda don geyinərək, daha çox açıq-saçıq geyimi ilə yadda qalan aparıcı Elnarənin kobud şəkildə İmam Huseyndən (ə) danışması və hicablı xanımları bayquşa bənzətməsi ölkə daxilində dindarlar arasında birmənalı qarşılanmadı. Bundan da, maraqlısı odur ki, verilişdə hicab mövzusu bərbad vəziyyətdə hicab geyinən bir modelyer xanımın üzərində qurulmuşdu. Yəni, o geyimli hicab formasının İslam dininə yaxından, uzaqdan heç bir dəxlisi yox idi. Bunların hamısından da maraqlısı isə verilişdə ilahiyyatçı qismində kolbasa reklamından yadımızda qalan bir şəxsin çıxış etməsi oldu. Baş verən son hadisələr  elə həmin şəxsin  kimliyini göstərib. 

İndi isə keçək bu məntiqi ardıcıllığı təfərrüatıyla izah edək: Deməli, ilk növbədə sözümüz Elnarə Təhməzovaya olacaq ki, ona çatdırsınlar ki, getsin arağını içsin, sonra desin ki, müsəlmanam. Ötən dəfələrin birində aparıcı Rövşanənin adı yadımdan çıxan verilişində araq içdiyini deyən Elnarə, bu gün müsəlmanlara yol göstərir, nəsihət verir, necə hicab geyinmələrindən danışır. Sənə kim ixtiyar verib ki, çadra geyinən xanımları təhqir edəsən? 

Daha sonra çadra geyinən xanımları bayquşa bənzədən Elnarə Təhməzovanın deyəsən xəbəri yoxdur ki, ölkə rəhbərliyi çərçivəsində də qara hicab və çadradan istifadə edilir.

Verilişdə hicab adı altında bərli-bəzəkli, şlyapalı, şapkalı, papkalı bir xanım da var idi. Söhbət elə onun üzərindən başlamışdı. Açığı, adamın başının üstündə Allah var, o xanımın naməhrəm yerləri  görünmürdü. Amma açıq-saçıq geyinsəydi, ondan milyon dəfə yaxşı idi. Əzizlər, hicab bərli-bəzəkli, güllü-müllü, rəngli-məngli olmaz. Belə olarsa, qadın daha çox cəzb edici olar. Qadın öz cəzb ediciliyini itirməlidir. Hicab, çadra qadına məhz buna görə vacib olub. Əgər bər-bəzəkli, zınqırovlu-mınqırovlu hicab geyinib diqqət mərkəzində olmaq istəyirsənsə, bədəninin dərisi görünməsə belə o geydiyin hicab mənasında deyil. Qadının modelyer olması elə onun kim olduğunu göstərir, zatən.

“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö´minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” (Nur, 31).

Göründüyü kimi, qadın bağlı olmalıdır. Qadının hicabın üstündən bərbəzək, zınqırov-mınqırov taxmağı günahdır.

Qaldı ki, verilişdə daha çox açıq-saçıq qadınların vəkili kimi çıxış edən “ilahiyyatçı”  Həci Təyyara, yuxarıda dediyimiz kimi, o da getsin, kolbasa reklamına çəkilsin. Elə daha uğurlu alınır. Bir ilahiyyatçı ki, açıq-saçıqlığın təbliğatına dəstək ola, ondan başqa nəsə gözləmək də olmaz. “Geyinmək hər kəsin öz istəyindən asılıdır”,- deyən Təyyarın İslam istəyən dini savadı olsaydı, bilərdi ki,  Allah Quranı-Kərimdə qadınlara necə geyinməyi öyrədir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.