haberL haberR

Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək

Kateqoriya: Siyasət Yayımlama tarixi: 28.11.2014 15:38:49

Cari ilin 2-5 dekabr tarixlərində təşkil olunacaq “Bakutel” XX Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində, dekabrın 3-də Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək.

İslamazeri.az-ın məlumatına görə, forumda Azərbaycan və Türkiyənin aparıcı İKT şirkətləri arasında əməkdaşlıq, hər iki ölkədə və 3-cü ölkələrdə birgə investisiya imkanları müzakirə olunacaq, ikitərəfli görüşlər keçiriləcək. 

 

Forum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İstanbul Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin rəsmi hissəsində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Türkiyə Respublikasının informasiya və kommunikasiya texnologiyaları qurumunun sədri Tayfun Acarer, İstanbul Ticarət Palatasının sədri, İbrahim Çağlar və Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkunun çıxış etməsi nəzərdə tutulur. 

 

Forumun ikinci hissəsi B2B formatında davam edəcək, hər iki ölkənin aparıcı İKT şirkətləri arasında ikitərəfli görüşlər keçiriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.