haberL haberR

Azərbaycan və İran idmançıları Bakıda hazırlaşır

Kateqoriya: İdman Yayımlama tarixi: 26.05.2015 18:46:25

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir

Azərbaycan Güləş Federasiyasından islamazeri.az-a bildirilib ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında böyüklərdən ibarət yığma komandanın üzvləri təlim-məşq toplanışında iştirak edir. 30-a yaxın güləşçinin qatıldığı TMT mayın 18-dən başlayıb və iyunun 2-dək davam edəcək. Bu təlim-məşq toplanışı həm də Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsində həlledici rol oynayacaq. 

Bu dəfəki təlim-məşq toplanışında sərbəst güləş üzrə İran komandasının 7 üzvü də iştirak edir. Onların arasında Qitə və Dünya çempionatlarının qalib və mükafatçıları ilə yanaşı, üçqat Asiya çempionu Reza Afzali Paemami da var. 

Xatırladaq ki, iyun ayında ilk dəfə keçiriləcək Avropa Oyunlarında güləş yarışları 13-18 iyun tarixlərində Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Hər üç güləş növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.