haberL haberR

Azərbaycan və İran prezidentləri İstanbulda görüşüblər

Kateqoriya: Siyasət Yayımlama tarixi: 14.04.2016 23:35:46

İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşü olub

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulandı. Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu qeyd edilib. Bu baxımdan belə görüşlərin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin mühüm rol oynadığı bildirilib.

Söhbət zamanı aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev qeyd edib ki,  biz müharibə istəmirik; ancaq Ermənistan hərbi birləşmələrinin təxribatçı əməllərinə cavab verməli olmuşuq. İlham Əliyev hadisələr zamanı telefonla zəng etdiyinə və narahatlığını ifadə etdiyinə görə İran prezidentinə təşəkkürünü bildirib.  Münaqişənin nizamlanması ilə bağlı Minsk qrupunun fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi də aparılıb.

Görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.  Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş zamanı bildirib ki,  bütün bunlar iki ölkə arasında siyasi, təhlükəsizlik və digər sahələrdə əlaqələrin daha yüksək səviyyəyə çatmasına xidmət edəcək.

Azərbaycan və İran prezidentləri müxtəlif sahələrdə, o cümlədən viza rejimi, turizm, maliyyə-bank sahələrində əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda, ekstremizmə, terrorizmə və radikalizmə qarşı mübarizədə əməkdaşlıq və digər istiqamətlərdə münasibətlərin genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

 

Azərbaycan və İran prezidentləri İstanbulda görüşüblər

/haberimaj/habergaleri/1X8J0S1V0G8J.JPG
  1. Azərbaycan və İran prezidentləri İstanbulda görüşüblər

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.