haberL haberR

Azərbaycan vətəndaşlarını məcburi işlədən şəxs yaxalandı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 28.05.2015 14:17:49

Xaçmaz rayon sakininin heyvandarlıq fermasında Azərbaycan vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

May ayının 26-da İnsan Alverinə qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü, Xaçmaz rayon sakini Kərimov Əziz Ağanəzər oğlunun sahibi olduğu Qobustan rayonu, Cəngi qəsəbəsi, Xanqulu qışlağı adlanan ərazidə yerləşən heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. (Trend)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.