haberL haberR

Azərbaycan yeni hərbi təyyarələr alır

Kateqoriya: Hərbi Yayımlama tarixi: 14.05.2016 11:24:48

Azərbaycan Ukraynadan yeni təyyarələr alacaq.

İslamazeri.az Anspress-ə istinadən xəbər verir ki, məlumata görə, Ukrayna dövlət müəssisəsi "Antonov" Azərbaycana "An-178" tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır. Azərbaycanla yanaşı bu hərbi nəqliyyat təyyarələrindən ikisi də Çinə satılacaq.

Azərbaycana satılması planlaşdırılan nəqliyyat təyyarələrinin çatdırılma müddəti və müqavilənin detalları hələ məlum deyil.

Hərbi nəqliyyat olan "An-178" təyyarəsi Ukraynanın Antonov şirkəti tərəfindən istehsal edilir. Bu model təyyarələr “Antonov” An-158 hərbi hava gəmisinin əsasında yığılır.

Təyyarənin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarə bazarda "An-12" təyyarəsinin əvəzi kimi tanınır.

2010-cu ildən yığılmağa başlayan təyyarənin qiymətinin 40-70 milyon dollar arasında olduğu deyilir. Bu model İtaliyanın “Aleniya” C-27j, ABŞ-ın “Lockheed Martin” C-130j, Braziliyanın “Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.

2015-ci ildə Səudiyyə Ərəbistanı “Antonov” təyyarəsindən 30 ədəd sifariş edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.