haberL haberR

Azərbaycan yığmasının San Marino ilə oyun üçün heyəti elan olunub

Kateqoriya: İdman Yayımlama tarixi: 22.08.2016 18:50:20

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

İslamazeri.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki yığmaya 25 futbolçu dəvət edib.
Yığma komandaya Kamran Ağayev ("Sumqayıt"), Anar Nəzirov, Elvin Məmmədov (hər ikisi "Zirə"), Səlahət Ağayev, Ruslan Abışov, Tərlan Quliyev, Ağabala Ramazanov (hamısı "İnter"), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmaylov, Mahir Mədətov, Namik Ələskərov (hamısı "Qarabağ"), Pavel Paşayev ("Stal", Ukrayna), Maqomed Mirzabekov ("Qəbələ"), Rəhman Hacıyev, Araz Abdullayev, Ruslan Qurbanov ("Neftçi"), Dmitri Nazarov ("Ertsqebirqe Aue", Almaniya), Eddi İsrafilov ("Kadis", İspaniya), Emin Mahmudov ("Boavişta", Portuqaliya), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə) cəlb olunub.
Qarşılaşma sentyabrın 4-də San Marinoda keçiriləcək.
Azərbaycan milli komandası oyundan 2 gün öncə adı çəkilən ölkəyə yola düşəcək. (affa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.