haberL haberR

Azərbaycanda 100 minlik maşın yoldan çıxıb ağaca çırpıldı

Kateqoriya: Hadisə Yayımlama tarixi: 04.08.2016 11:17:27

Azərbaycanda “Hummer” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb.

İslamazeri.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş şəhərində “HUMMER” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması barədə məlumat daxil olub.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 05:57-də başa çatıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.