Azərbaycanda 1500-dən çox hemofiliyalı xəstə var

"Bu gün dünya üzrə 400 000 hemofiliyalı xəstələr var. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Hazırda ölkədə 1 500-dən çox xəstə dispanser qeydiyyatındadır".
Trend-in məlumatına görə, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəshbəri Elmira Qədimova jurnalistlərə deyib.
E.Qədimova deyib ki, hemofiliyalı xəstələr arasında kişilərin sayı üstünlük təşkil edir.
Onun sözlərinə görə, hemofiliya müxtəlif qanaxmalarla müşahidə olunan ağır irsi qan xəstəliyidir. Xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon villebrand faktorunun çatışmazlığıdır. Təkrar baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara xəstənin hələ uşaq və gənc yaşlarında əlil və şikəst olmasına, bəzən də ölümünə səbəb olur. Lakin çoxillik təcrübə göstərir ki, vaxtında və lazımi səviyyədə antihemofil preparatlarla aparılan müalicə, xəstələri nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin qarşısını alır.
E.Qədimova deyib ki, bu gün ağır hemofiliyalı xəstə uşaqlarda 1-cili profilaktika aparılaraq əlilliyin qarşısı alınır, həyat keyfiyyətləri yaxşılaşaraq sağlam insanlardan seçilmirlər: "Müəyyən edilib ki, hemofiliya mutant (patoloji) geni ressesiv halda cinslə zəncirləşərək "X" xromosomu vasitəsilə nəslə ötürülür. Hemofiliya ailə üzvlərinin ancaq kişi cinsinə ana vasitəsilə keçir. Ana özü isə praktiki sağlam olur. Bunun genetik əsaslarını izah edə bilən 3 variant var. Birinci variantına görə, sağlam qadın ilə hemofiliyalı kişi ailə qurduqda doğulan oğlanların hamısı sağlam, qızların hamısı isə ötürücü olur. Bu qızlar praktiki sağlam olub xəstəlik genini "X" xromosomunda daşıyır və gələcəkdə oğlan uşaqlarına ötürərək onların xəstələnməsinə səbəb olduqlarına görə onlara "ötürücü" adı verilir. İkinci variantda sağlam kişi ilə "ötürücü" qadın ailə qurduqda oğlanların 50 faizi hemofiliyalı xəstə, 50 faizi sağlam olur. Həmçinin qızların 50 faizi "ötürücü", 50 faizi sağlam doğulurlar. Üçüncü variantda hemofiliyalı kişi "ötürücü" qadın ilə evləndikdə həm xəstə, həm sağlam oğlanlarla yanaşı, qızların bir qismi "ötürücü", digər qismi hemofiliyalı xəstə olur. Hemofiliyalı xəstəliyi qadınlarda nadir təsadüf olunan variantdır".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.