haberL haberR

Azərbaycanda 160 çoxmərtəbəli binaya təbii qaz verilib

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 15.05.2015 19:11:19

“Azəriqaz” İstehsalat Birliyi 2015-ci ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 160 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib

Bu barədə islamazeri.az SOCAR-a istinadən məlumat verir.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 3325 ailə yaşayır.

Ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.