haberL haberR

Azərbaycanda 19 nəfəri ilan sancıb

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 03.06.2015 12:36:59

Bu il may ayının 1-dən indiyədək Azərbaycanda 19 nəfəri ilan sancıb

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov  bildirib ki, 16 hadisə ötən ay, 3 hadisə isə bu ay qeydə alınıb. Zərərçəkənlərdən 15-i xəstəxanaya yerləşdiirlib, onlardan da 2-si azyaşlıdır. İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların böyük əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada 3 nəfər müalicəsini davam etdirir. İlan sancma halları Şamaxı, Qəbələ, İsmayıllı və Bakıətrafı qəsəbələrdə-Zirə, Qaradağ və digər ərazilərdə baş verib.

A.Maqsudov qeyd edib ki, bu günə kimi əqrəb sancması ilə bağlı 1 müraciət daxil olub. Qaraqurd sancması faktı isə qeydə alınmayıb.  (apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.