haberL haberR

Azərbaycanda 33 obyektin istismarı dayandırılıb

Kateqoriya: Sosial Yayımlama tarixi: 22.05.2015 14:54:44

Bu il Azərbaycanda sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 204 müəssisənin sahibi inzibati qaydada cərimələnib

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev apa-ya deyib ki, 33 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 4 iş istintaqa göndərilib, 42 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Yanvar-aprel ayları ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1077 yeyinti məhsulundan nümunə götürülüb və 8 qeyri-kafi nəticə əldə olunub. Mikrobioloji məhsullardan götürülən 778 nümunədən 21 qeyri-kafi nəticə əldə edilib. Toksikoloji 34 nümunədən, radioloji məhsullardan isə 1 nümunə götürülüb və onların qeyri-kafi nəticəsi yoxdur.

Soyuq qəlyanaltılardan isə 22 nümunə, şadlıq evlərindən 3593 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 32 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. 

Səhiyyə Nazirliyi tərəfindən yalnız aprel ayı ərzində sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 51 müəssisənin sahibi inzibati qaydada cərimələnib. 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 277 yeyinti məhsulundan nümunə götürülüb və 6 qeyri-kafi nəticə əldə olunub. Mikrobioloji məhsullardan götürülən 200 nümunədən, toksikoloji məhsullardan götürülən 6 nümunədən qeyri-kafi nəticə aşkarlanmayıb.

Soyuq qəlyanaltılardan isə 12 nümunə götürülüb. Ötən ay ərzində şadlıq evlərindən 925 yaxma nümunəsi götürülüb və aparılan yoxlamalar nəticəsində 8 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.