haberL haberR

Azərbaycanda 84,9 min nikah qeydə alınıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 17.02.2015 14:38:21

Ötən il zərbaycanda rəsmi orqanlar tərəfindən 84,9 min nikah və 12,1 min boşanma halları qeydə alınıb

Dövlət Statistika Komitəsindən islamazeri.az-a verilən xəbərə görə, ölkədə əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,0 və 1,3 olub.

2014-cü il ərzində ölkə əhalisinin sayı 115,9 min nəfər və ya 1,2 faiz artaraq 2015-ci il yanvar ayının 1-i vəziyyətinə 9593,0 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. 2014-cü ildə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 0,9 faizini təşkil edib. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1009 nəfər qadın düşür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.