haberL haberR

Azərbaycanda ağır qəzadan sonrakı görüntülər - VİDEO

Kateqoriya: Hadisə Yayımlama tarixi: 06.08.2016 15:57:39

Faktla bağlı araşdırma aparılır.

Bu gün Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Report qəzadan sonrakı görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb. "KİA" markalı minik avtomobilində Bakı şəhər sakinləri, sürücü - 1986-cı il təvəllüdlü Əli Əkbərov, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Leyla Salahova, övladı 2016-cı il təvəllüdlü Yunis Əkbərov və L.Salahovanın atası 1938-ci il təvəllüdlü Yunis Salahov, "VAZ-2107" markalı minik maşınında isə sürücü Kürdəmir rayonu, Şilyan kənd sakini, 1964-cü il təvəllüdlü Səftər Məmmədov olub. Onların hamısı ağır xəsarət alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Leyla Salahova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.