haberL haberR

Azərbaycanda alimlərə ingilis dili tələbi qoyuldu

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 13.03.2016 12:09:15

Akademiyada keçirilən beynəlxalq səviyyəli konfranslar zamanı alim və mütəxəssislərimiz öz elmi nəticələrini ingilis dilində təqdim etməyi bacarmalıdır.
 Lent.az Trend-ə istinadən xəbər verir ki,  Azəırbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
 
A.Əlizadə ingilis dilini öyrənməyin müasir dövrün ən böyük tələblərindən olduğunu vurğulayaraq AMEA institutlarında bu məqsədlə dil kurslarının təşkilinin vacibliyini önə çəkib. A.Əlizadə uzunmüddətli elmi ezamiyyətlər zamanı əldə olunan elmi nəticələr və təcrübələrin hesabat xarakterli broşür şəklində nəşr olunmasının vacibliyini də qeyd edib.
 
AMEA prezidenti Akademiyada patent xidmətinin təşkili ilə bağlı təcrübənin kifayət qədər olmadığını da deyib. O bildirib ki, müxtəlif patent sahələrini kateqoriya üzrə yaratmaq lazımdır. Akademiyada bu məqsədlə yaradılmış şöbənin əsas fəaliyyəti də məhz patent xidmətini təkmilləşdirməkdir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.