Azərbaycanda bələdiyyə sədri yol qəzası zamanı ağır yaralandı

Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini 53 yaşlı Akif Əziz oğlu Muradov İdarə etdiyi NİVA markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşı tərəfdən gələn "QAZ- 24" markalı avtomobillə toqquşub.
Nəticədə NİVA-nın sürücüsü A.Muradov və onun sərnişini Sabir Camalov müxtəlif bədən xəsarətləri alıb və Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiyə şöbəsinə yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, A.Muradov kəllə-beyin travması, S.Camalov isə döş qəfəsinin sınığı xəsarəti alıb, hər iki yaralının vəziyyəti ağırdır.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başalanılıb.
Qeyd edək ki, NİVA-nın sürücüsü A.Muradov Daşkəsən rayonunun Zəylik kənd bələdiyyəsinin sədridir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.