Azərbaycanda bıçaqlanma hadisələri baş verib

Sabunçu Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Zakir Abasəli oğlu Salahov aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1965-ci il təvəllüdlü Naib Hamlet oğlu Abdullayevin baş nahiyəsinə bıçaqla xəsarət yetirib.
N. Abdullayev ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Digər bıçaqlanma hadisəsi isə Siyəzən rayonunda qeydə alınıb.
Məlumata görə, rayon sakini 36 yaşlı Rauf Heydərov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
R. Heydərova sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Baş verən hadisələr ilə bağlı araşdırma aparılır.(apa)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.