haberL haberR

Azərbaycanda dəhşətli qətl: Ata 6 yaşlı oğlunun boğazını kəsdi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 16.02.2016 10:04:40

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Beyləqanda dəhşətli qətl törədilib. 

 Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

 Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

 Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.