haberL haberR

Azərbaycanda doğulan uşaqlara ən çox qoyulan adlar-(Siyahı)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.01.2015 11:14:33 3958 dəfə oxunub.

Ötən il ərzində Azərbaycanda doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb
Ədliyyə Nazirliyindən  verilən məlumata görə, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif adıdır. Belə ki, ötən il ərzində doğulmuş oğlan uşaqlarından 3967 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Hüseyn (2610), Əli (2526), Murad (1717), Ömər (1611), Məhəmməd (1446), Ayxan (1078), Uğur (1021), İbrahim (987), Tunar (907), Kənan (890) da var.

 

Qız uşaqlarına verilən ən populyar ad isə Zəhra adıdır. Belə ki, 3608 uşağa Zəhra adı verilib. Populyarlıq qazanan digər qız adları isə Nuray (2538), Fatimə (2504), Aylin (1803), Ayan (1694), Zeynəb (1693), Xədicə (1244), Mədinə (1170), Mələk (1163), Məryəm (1162), Leyla (1112) adlarıdır.

 

Qeyd edək ki, Zəhra və Yusif adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.