haberL haberR

Azərbaycanda dollar dəllalının qətlinin üstü açıldı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 16.02.2016 17:34:22

Qətl ötən ilin oktyabr ayında törədilmişdi

Azərbaycanda ötən il törədilən cinayətin üstü açılıb. Cinayət hadisəsi ötən ilin oktyabr ayında Ağcabədidə törədilib. Artıq onun ölümündə təqsirli bilinən Ağcabədi rayon sakinləri Xəyyam Salahov, Namiq Qurbanov saxlanılıb. Hazırda onların barəsində Ağcabədi rayon prokurorluğunda cinayət işi açılıb. Onlar istintaqa Valeh İsmayılovu öldürdüklərini etiraf ediblər. Faktla bağlı araşdırma davam edir.

Öldürülərək meyiti kanala atılan Valeh İsmayılov Ağcabədi bazarında dollar alğı-satqısı ilə məşğul olub. O, oktyabr ayının 17-də evdən çıxıb və geri qayıtmayıb. Valeh İsmayılovun əvvəl itkin düşdüyü xəbəri yayılıb. Daha sonra onun meyiti kanaldan tapılıb. Həmin vaxt mərhumun ailə üzvləri onun tamah məqsədi ilə öldürüldüyünü və üzərində olan 10000 manata qədər pulun götürüldüyünü bildirmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.