haberL haberR

Azərbaycanda dollar və avronun qiyməti artmaqda davam edir

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 19.01.2016 10:20:19

Bu gün yanvarın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi yüksəlib

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 18-i ilə müqayisədə 0,0158 manat və ya 1% artaraq 1,6028 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,91% və ya 0,0158 manat artaraq 1,7451 manata yüksəlib.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49% azalaraq  0,0202 manat səviyyəsində qərarlaşıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.